Həddindən artıq duz istehlakı birbaşa xərçəngə səbəb olmasa da, mədənin sağlamlığını pozaraq gələcəkdə riskləri artırır.
Bakıvaxtı.az xəbər verir ki, yüksək duz qəbulu mədənin qoruyucu təbəqəsini zədələyir və onu zərərli maddələrə, infeksiyalara qarşı həssaslaşdırır. Nəticədə mədə daha tez qıcıqlanır, yanma və narahatlıq yarana bilər.
Araşdırmalar göstərir ki, turşu, konservə və yüksək duzlu fermentləşdirilmiş qidaların tez-tez istehlakı mədə xərçəngi riskini artıra bilər. Bunun səbəblərindən biri, mədədə yaşayan Helikobakter pylori bakteriyasının yüksək duzlu mühitdə daha sürətlə çoxalmasıdır.
Siqaret və alkoqol istifadəsi mədənin qoruyucu təbəqəsini zəiflədir və duzun təsirini daha da artırır. Gündəlik duz qəbulunun 2.300 milliqramı keçməməsi tövsiyə olunur. Xüsusilə uşaqlar, yüksək təzyiq və böyrək problemi olanlar üçün bu limit daha aşağıdır.
Müasir qidalanmada “gizli duz” da ciddi problem yaradır. Cipslər, hazır şorbalar, şarküteri məhsulları, dondurulmuş yeməklər və bəzi çörək növlərində sodyum miqdarı gözləniləndən çox ola bilər.
Duz istehlakını azaltmaq üçün yeməklərə sarımsaq, qırmızı bibər, kəklikotu və limon kimi təbii dad artırıcılar əlavə etmək, məhsul etiketlərində sodyum miqdarına diqqət etmək və “az duzlu” yazılan məhsulları seçmək tövsiyə olunur.
Belə balanslı və nəzarətli duz istehlakı həm mədə sağlamlığını qorumağa, həm də ümumi sağlamlığı dəstəkləməyə kömək edir.
Aynur Babazadə
Bakı 




