• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Naxçıvan aeroportunun yaralı əməkdaşı İranın dron hücumundan danışdı - VİDEO 

CƏMİYYƏT

07 Mart 2026 | 18:37

Naxçıvan aeroportunun yaralı əməkdaşı İranın dron hücumundan danışdı - VİDEO 

Martın 5-i İranın dronla hücum etdiyi Naxçıvan Hava Limanının yaralı əməkdaşı əməkdaşı Vəliyeva Reyhanə “Real TV”yə müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, qadın həmin an yaşananları belə təsvir edib:

“Təyyarəyə minik başlayırdı, gurultulu səs eşitdik. Həmin anda işıq çıxdı, şüşələr töküldü, qaranlıq oldu. Kimsə yuxarıdan dedi ki, “bizi vurdular”. Mən onda dərk etdim. Çölə çıxdım üç nəfərə, əlavə 2 iş yoldaşıma köməklik etdim. Sonra narahat oldum. Təzə özümə gəlmişdim dedilər, ikinci gəlir. Qaçın gizlənin! Rəfiqəmlə qucaqlaşıb qaçdım, sonra xidmət başında olduğumuz üçün aeroportun həyətinə qayıtdıq”.


SON XƏBƏRLƏR