• Bakı C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Şadlıq sarayında dava saldı - Cərimə olundu

CƏMİYYƏT

07 Yanvar 2026 | 09:59

Şadlıq sarayında dava saldı - Cərimə olundu

Bakının Xəzər rayonunda şadlıq sarayında mübahisə yaradan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun Binə qəsəbəsi ərazisində yerləşən “Səda” şadlıq sarayında baş verib.

1983-cü il təvəllüdlü Məmməd Əhmədov şadlıq sarayında içki qəbul etməsi nəticəsində sərxoş olub və ucadan nalayiq ifadələr işlədib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

İş üzrə ifadə verən Əhmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, şadlıq sarayında içki qəbul edib və daha sonra Arzu adlı şəxslə mübahisə edib.

Onların mübahisəsi sonda dava-dalaşla nəticələnib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə Əhmədov 50 manat məbləğində inzibati qaydada cərimə edilib. O, məhkəmə iclas zalından azad edilib.


SON XƏBƏRLƏR

07 Yanvar 2026