Hökməli–Qobu yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki,Toyota Prius markalı minik avtomobilində sərnişin qismində olan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanəyə aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
11:54
Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.
Toqquşmanın təsiri nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bakı 



