• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Qəzada xəsarət alan sürücü xəstəxanada öldü

HADİSƏ

08 Dekabr 2025 | 13:57

Qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Bakı–Quba yolunda ötən həftə baş vermiş avtomobil qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 1-də Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Sabir Bədəlov ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq dekabrın 8-də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR