Litvada əmək bazarında vakansiyaların və məşğul əhalinin sayı azalıb, işsizlik səviyyəsi yüksəlib.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Məşğulluq Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, dekabrın 1-nə ölkədə 154,5 min nəfər işsiz kimi qeydiyyata alınıb ki, bu da əvvəlki ayla müqayisədə 4,7 min nəfər çoxdur.
Məşğulluq xidmətinə müraciət edən yeni müştərilərin sayı oktyabr ayı ilə müqayisədə 13%, ötən illə müqayisədə isə 4% azalıb.
Noyabrda işəgötürənlər oktyabr ayı ilə müqayisədə 29% az vakansiya qeydə alıblar.
Gülşən Şərif
Bakı 



