Ermənistanın Baş naziri Nikol Paşinyan ömürlük seçilən bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılmasından sonra "Erməni Apostol Kilsəsinin yenilənməsi" planını təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazir bu barədə teleqramda paylaşım edib.
"Ktrix Nersisyanın (II Qareginin dünyəvi adı) vəzifəsindən uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin yenilənməsi üçün yol xəritəsi: Erməni Apostol Kilsəsində fəaliyyət göstərən mexanizmlərin məntiqinə uyğun olaraq katolikosların seçilməsi; Bütün Ermənistan Katolikos Kilsəsinin Davranış Kodeksinin qəbul edilməsi", - Paşinyan qeyd edib.
Bakı 



