• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Berlində 20 min ev beşinci gündür ki, elektriksiz qalıb

DÜNYA

07 Yanvar 2026 | 13:04

Berlində 20 min ev beşinci gündür ki, elektriksiz qalıb

Berlində kabelli körpüdə yanğından sonra təxminən 19.900 ev təsərrüfatı və 850 müəssisə beşinci gündür ki, elektriksiz qalır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cavabdeh operator olan "Stromnetz Berlin" öz veb saytında məlumat verib.

Elektrik enerjisinin yalnız 8 yanvardan sonra tam bərpa olunacağı gözlənilir. 7 yanvar səhəri operator təxminən 2000 ev təsərrüfatını və təxminən 100 müəssisəni şəbəkəyə qoşa bilib.

3 yanvarda Berlində kabelli körpüdə yanğın baş verib. Təxminən 50.000 ev təsərrüfatı və 2.000 müəssisə elektrik enerjisi ilə təhcizatdan məhrum qalıb. 

Əli Hüseynov


SON XƏBƏRLƏR