• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Tramp və Klinton da Epşteynlə dost idi - İDDİA + FOTO

DÜNYA

06 Fevral 2026 | 08:43

Tramp və Klinton da Epşteynlə dost idi - İDDİA + FOTO

Fransanın keçmiş mədəniyyət və təhsil naziri, Milli Assambleyanın sabiq üzvü Cek Lanqın qızı Kerolin Lanq BFMTV-yə müsahibə verib.

Bakıvaxtı.az «leFigaro.fr»-ə istinadən xəbər verir ki, müsahibəsində o, "Epşteyn işi" ilə bağlı atasının adının hallandığı şəxslərdən danışıb. Kerolin Lanq Epşteynlə dost kimi təxminən 15 dəfə görüşdüyünü iddia edib.

Cefri Epşteynin cinayətlərinin miqyasını öyrəndikdən sonra dəhşətə gəldiyini bildirən Kerolin, atasının və özünün bu barədə məlumatlı ola bilməyəcəyini söyləyib.

"Cinsi yırtıcıların ikili şəxsiyyətləri var, onlar əsl təbiətlərini yaxşı gizlədir və iki üzlü olurlar. Biz onun hər kəslə əlaqə qurduğunu bilirdik, o, cənab Tramp və cənab Klintonla da dost idi. Belə dəhşətləri necə təsəvvür edə bilərdik?!",- Lanq deyib.

O, medianı və ədliyyə sistemini mənə və atama diqqət yetirməkdənsə, gənc qadınlara təcavüz edən və həbsdə olmalı olan şəxslərə yönəltməyə çağırıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Fevral 2026