Dubayda hava hücumundan müdafiə sistemi tərəfindən vurulan pilotsuz uçuş aparatının qalıqlarının avtomobilə düşməsi nəticəsində bir nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Dubayın Əl-Barşa rayonunda baş verib.
PUA-nın qalıqları avtomobilin üzərinə düşüb və nəticədə avtomobildə olan kişi həyatını itirib.
Qeyd olunur ki, hadisə regionda hava hədəflərinin ardıcıl şəkildə ələ keçirildiyi bir vaxtda baş verib.
***
22:26
İran Dubayda Marina bölgəsindəki göydələnlərə PUA zərbəsi endirib.
Bakıvaxtı.az xəbər verir ki, zərbələrdən biri 90 mərtəbəli binanın 88-ci mərtəbəsinə düşüb.
Qeyd olunur ki, vəziyyət nəzarət altındadır və hadisə nəticəsində heç bir itki olmayıb.
Bakı 




