• Bakı 11° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

“Onlar heç vaxt Rusiyaya dost niyyəti bəsləməyib”

DÜNYA

06 Aprel 2026 | 23:16

“Onlar heç vaxt Rusiyaya dost niyyəti bəsləməyib”

“Böyük Britaniya uzun illərdir Rusiyanı sabitlikdən çıxarmağa yönəlmiş gizli fəaliyyətlər həyata keçirir”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet bildirib.

Onun sözlərinə görə, London illərdir ki, Ukrayna elitasını Moskva ilə qarşıdurmaya təşviq edib:

“Böyük Britaniya heç vaxt Rusiyaya qarşı dost niyyət bəsləməyib. Onlar onilliklər boyu korrupsiyaya bulaşmış Ukrayna elitasının zəifliklərindən istifadə edərək millətçi revanşist planlar qurublar. Rusiya ilə Ukrayna arasındakı mövcud münaqişə də bu dağıdıcı fəaliyyətlərin qaçılmaz nəticəsidir”.


SON XƏBƏRLƏR

06 Aprel 2026