• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Yaponiyada bir gündə 33 zəlzələ qeydə alınıb

DÜNYA

07 Yanvar 2026 | 11:55

Yaponiyada bir gündə 33 zəlzələ qeydə alınıb

Dünən 6,4 bal gücündə zəlzələnin qeydə alındığı Yaponiyanın Şimane prefekturası ərazisində otuz üç afterşok baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına istinadən xəbər yayıb. 

Çərşənbə axşamı yerli vaxtla saat 10:18-də Şimane prefekturasında 6,4 bal gücündə zəlzələ baş verib. Episentr 11 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə məlumat verilməyib. 

Son məlumatlara görə, doqquz nəfər xəsarət alıb.

Ən güclü afterşok zəlzələdən on dəqiqə sonra baş verən 5,1 bal gücündə zəlzələ olub. Ən zəifi isə 2,8 bal gücündə bir neçə zəlzələ olub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR