Mikelancelonun əsəri yeni rekorda imza atıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, İntibah dövrünün görkəmli rəssamı və heykəltəraşı tərəfindən çəkilmiş nadir əsər yenidən kəşf olunaraq dünən Nyu-Yorkda keçirilən hərracda 27,2 milyon dollara (təxminən 23 milyon avro) satılıb.
Qeyd edək ki, bu məbləğ 2022-ci ildəki əvvəlki satış qiymətindən təxminən 3 milyon dollar çoxdur.

Rəsm “Christie's” hərrac evində adı açıqlanmayan alıcı tərəfindən 45 dəqiqə davam edən mübarizədən sonra başlanğıc qiymətindən iyirmi dəfədən artıq məbləğə alınıb.
Hərrac evinin ekspertlərinin sözlərinə görə, qırmızı rəngli bu kiçik eskiz 1536–1541-ci illərdə yaradılmış və Roma Sikstin Kapellasının tavanındakı fiqurlardan birinin tam ölçülü tədqiqatı hesab olunur.
Məlumata görə, əsərin sahibi əvvəlcə rəsmin fotosunu qiymətləndirmə üçün “Christie's”ə göndərib və ekspertlər onun Mikelanceloya məxsus olduğunu təsdiqləyiblər.
Aydın Baxış
Bakı 




