"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-noyabr aylarında 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib.
Bakıvaxtı.az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur.
Bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən 105 496 TEU və ya təxminən 18 % çoxdur.
Bakı 



