• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Azərbaycanda metro və avtobus pulsuz olacaq - BU ŞƏXSLƏRƏ

CƏMİYYƏT

07 Yanvar 2026 | 12:23

Azərbaycanda metro və avtobus pulsuz olacaq - BU ŞƏXSLƏRƏ

Rusiyada 1 gün, 3 gün, 30 gün, 90 gün və digər müddətlər üçün nəzərdə tutulan limitsiz ictimai nəqliyyat paketləri uzun illərdir tətbiq olunur. Bu cür təcrübənin Azərbaycanda da mümkün olub-olmadığı maraq doğurur. Bəs, bu cür limitsiz gediş paketləri Azərbaycanda tətbiq edilə bilərmi?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu istiqamətdə mühüm addımlar artıq atılıb.

Ekspert qeyd edib ki, bununla belə, ilk növbədə bütün daşıyıcıların tam nağdsız ödəniş sisteminə keçməsi vacibdir.

“Hazırda nəqliyyat şəbəkəsində təxminən 15 faiz marşrut xəttdə olan avtobuslar hələ də nağd ödənişlə fəaliyyət göstərir. Bu problemin aradan qaldırılmasından sonra gündəlik, aylıq və uzunmüddətli bilet paketlərinin tətbiqi mümkün olacaq”.

Rauf Ağamirzəyev əlavə edib ki, paralel olaraq tələbələr, müharibə veteranları üçün güzəştlərin tətbiqi, eləcə də bir nəqliyyat növündən digərinə keçid zamanı 90 dəqiqəlik pulsuz tranzit vaxtının verilməsi də vacibdir.

“Bu, xüsusilə uzaq ərazilərdən gələn vətəndaşların nəqliyyat xərclərini optimallaşdırmağa kömək edəcək”.

Ekspert vurğulayıb ki, bu tip həllər Rusiyada və Gürcüstanda artıq illərdir uğurla tətbiq olunur və mövcud islahatların davamı olaraq bu il ərzində Azərbaycanda da tam keçidin baş verməsi gözlənilir.


SON XƏBƏRLƏR