• Bakı C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Güllələnən müəllimlə bağlı VACİB XƏBƏR

CƏMİYYƏT

06 Fevral 2026 | 11:11

Güllələnən müəllimlə bağlı VACİB XƏBƏR

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu ərazisində yerləşən "İdrak Liseyi"ndə silahlı insident baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən Bakıvaxtı.az-a bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəş nəticəsində zədələnmiş pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb".

Məlumatda qeyd edilib ki,  güllələnən müəllimə hazırda Cərrahiyyə şöbəsində müalicə olunur, vəziyyəti orta ağır qiymətləndirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

05 Fevral 2026