• Bakı 10° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

 Polşa polisi üç Ukrayna vətəndaşını saxlayıb

DÜNYA

08 Dekabr 2025 | 14:52

 Polşa polisi üç Ukrayna vətəndaşını saxlayıb

Polşada casus avadanlığı daşıyan üç ukraynalı saxlanılıb.

Bakıvaxtı.az "RMF24" radiosuna istinadən xəbər verir ki, onların avtomobilində casus avadanlığı aşkar edilib.

Avtomobilə baxış zamanı "Flipper" adlı xüsusi haker avadanlığı, antenalar, noutbuklar, sim kartlar, sərt disklər və kameralar götürülüb.

Həmin şəxslər Varşavada adi yoxlama zamanı saxlanılıblar. Onlar polisə Avropada səyahət etdiklərini və cəmi bir neçə saat əvvəl Polşaya gəldiklərini bildiriblər. Özlərini İT mütəxəssisləri kimi təqdim ediblər, lakin xüsusi avadanlıqların saxlanmasının məqsədini izah edə bilməyiblər. 

Dindirmə zamanı onlar tez-tez ingilis dilini "unudub" və nə soruşulduğunu başa düşmədiklərini iddia ediblər.

Saxlanılan şəxslər kompüter fırıldaqçılığı və cinayət törətmək məqsədilə avadanlıq saxlamaqda, o cümlədən milli müdafiə üçün vacib olan qaydaları pozmaqda ittiham olunurlar. 

Ukraynalılar barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR