2025-ci ilin yanvar-noyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 534 min 723 müraciət qəbul edilib. Bu müraciətlər üzrə 852 min 716 xidmət göstərilib, onlardan 301 mindən çoxu şifahi, 188 mindən çoxu isə elektron xidmətlər olub.
Bakıvaxtı.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ən çox göstərilən 9 xidmət isə ümumi xidmətlərin 89.5 faizini təşkil edib. Bu xidmətlərə bəyannamə və cari vergi ödənişləri üzrə arayışların verilməsi, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və bərpası, Asan İmza sertifikatlarının verilməsi, uçot məlumatlarının dəyişdirilməsi, arayışların təqdim edilməsi, fiziki şəxslərin uçota alınması və çıxarılması, eləcə də təsərrüfat subyektlərinin uçota alınması daxildir.
Yanvar-noyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 30.5 mindən çox yazılı müraciət cavablandırılıb, 20.6 milyona yaxın bildiriş göndərilib. Dövr ərzində 3 764 vergi ödəyicisinin iştirakı ilə 354 görüş keçirilib və 4 953 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinə preventiv məlumatlandırma məqsədilə onların mobil nömrələrinə 3 milyard 756 milyon SMS göndərilib.
Eyni dövrdə 306 min 901 müraciət üzrə 470 min 798 "Asan İmza" sertifikatı verilib.
Bakı 




