• Bakı C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Tailandla toqquşmalardan sonra Kambocada azı 4 mülki şəxs həlak olub

DÜNYA

08 Dekabr 2025 | 12:37

Tailandla toqquşmalardan sonra Kambocada azı 4 mülki şəxs həlak olub

Tailandla sərhəddə yaşanan münaqişə nəticəsində ən azı 4 mülki şəxs həlak olub, təxminən 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kambocanın informasiya naziri Neth Pheaktra açıqlayıb.

O, Fransanın AFP xəbər agentliyinə deyib: "Tailandın hücumları nəticəsində azı dörd mülki şəxs həlak olub".

Nazirin sözlərinə görə, hücumlar ölkənin şimalındakı Oddar Myençe və Preah Vihear əyalətlərində yaşayan sakinlərə təsir edib. Həmçinin 10-a yaxın adam yaralanıb.

Tayland Kral Ordusu daha əvvəl bildirmişdi ki, Tayland-Kamboca sərhədində baş verən toqquşmalar nəticəsində bir Tailand əsgəri ölüb, dörd nəfər yaralanıb. 

Aynur Babazadə


SON XƏBƏRLƏR

22 Yanvar 2026