• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Livanda bu dəfə mobil telefonlar partladıldı: 14 ölü, 450 yaralı - YENİLƏNİB

DÜNYA

19 Sentyabr 2024 | 00:30

Livanda bu dəfə mobil telefonlar partladıldı: 14 ölü, 450 yaralı - YENİLƏNİB

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, azı 450 nəfər yaralanıb.

Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.

20:11

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insanın yaralandığı bildirilir.

Bakıvaxtı.az  "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

***19:03

Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan mediası bildirir.

Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.

Partlayış səsləri yaşayış binalarında da eşidilir.

İlkin məlumata görə, insidentlər nəticəsində azı yüz nəfər xəsarət alıb. Üç nəfərin həlak olduğu qeyd olunub.


SON XƏBƏRLƏR