• Bakı C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Zelenski: Ukrayna Rusiya ilə danışıqlara başlamağın əleyhinə deyil

DÜNYA

18 Oktyabr 2024 | 21:34

Zelenski: Ukrayna Rusiya ilə danışıqlara başlamağın əleyhinə deyil

Ukrayna Rusiya Federasiyasının nümayəndələri ilə danışmağın əleyhinə deyil, lakin əvvəlcə danışıqların bərabər şərtlərlə baş tutması üçün güclənməyimiz lazımdır.

Bakıvaxtı.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski telemarafonun efirində bildirib.

“Tərəfdaşlarımızın rusları hər yerdə görməli olduğuna görə onlarla bu və ya digər platformada danışmağın əleyhinə deyilik. Biz onlara deyirik: Ruslarla danışmağımızı istəyirsiniz? O zaman bizi gücləndirin. Gücləndirin ki, masa arxasında bərabərhüquqlu otura bilək, daha masanın bir küncündə oturub qalmayaq”, - Zelenski deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynanı Rusiya ilə danışıqlara meyl etdirmir, çünki bu, yanlış və ədalətsizlik olardı. “Bu, ola bilməz. Bizi nəyəsə məcbur etməyə çalışsalar, hamınız bundan xəbərdar olacaqsınız”, - Ukrayna dövlət başçısı vurğulayıb.

Zelenski, həmçinin qeyd edib ki, Ukrayna öz tərəfdaşlarına hələ real alternativi olmayan qələbə planı təqdim edib və ABŞ tezliklə bu planla bağlı geridönüş edə bilər.

“Biz Ukraynada Ağ Ev komandasını gözləyirik. İnanırıq ki, yaxın gələcəkdə onlar müəyyən cavablarla burada olacaqlar”, - Zelenski söyləyib.


SON XƏBƏRLƏR

23 Dekabr 2024