• Bakı 18° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Mayli Sayrus məhkəməyə verildi

ŞOU

18 Sentyabr 2024 | 23:48 | Müəllif: Subhan Mahmudov

Mayli Sayrus məhkəməyə verildi

Amerikalı ifaçı Mayli Sayrus müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə TMZ məlumat yayıb.

İddiaçıların fikrincə, Sayrusun "Flowers" mahnısında Bruno Marsın 2013-cü ildəki "When I Was Your Man" mahnısından fraqmentlər var.

İddianı "Tempo Music Investments" şirkəti qaldırıb. Lakin Bruno Mars iddiaçı kimi göstərilmir. Şirkət dəqiqləşdirilməmiş ziyanın ödənilməsini, mahnının yayılması və ya açıq şəkildə ifa edilməsinə qarşı qadağa tələb edir.

Qeyd edək ki, "Flowers" sayəsində Sayrus ən yaxşı pop solo performansı üçün karyerasında ilk "Qremmi" mükafatını qazanıb. Mahnı səkkiz həftə ABŞ hit-paradlarında birinci olub./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026