• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

05 Oktyabr 2026 | 23:10 | Müəllif: Subhan Mahmudov

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri, Tbilisi prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026