• Bakı 24° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Mərkəzi Bank 4 təşkilata lisenziya verdi

İQTİSADİYYAT

18 Sentyabr 2024 | 19:35

Mərkəzi Bank 4 təşkilata lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "K Group" MMC-yə elektron pul təşkilatı, "M.A.X Sistemləri Plyus" və "Cibpay" MMC-lərə ödəniş təşkilatı, "Azərikard" MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

AMB bundan əvvəl "A-Solutions", "United Payment", "Modenis", "Mobile Payment Solutions", "Paysis" və "PulPal" MMC-lərə, "GoldenPay" ASC-yə və "Mpay" QSC-yə elektron pul təşkilatı, "Token Azərbaycan", "Global Innovations", "Drakaris" və "Multi Solutions" MMC-lərə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 17-yə çatıb.


SON XƏBƏRLƏR

07 Oktyabr 2024