• Bakı C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Qızılın qiyməti ilə bağlı VACİB XƏBƏR: Azərbaycan bazarında... - AÇIQLAMA

İQTİSADİYYAT

18 Oktyabr 2024 | 16:53

Qızılın qiyməti ilə bağlı VACİB XƏBƏR: Azərbaycan bazarında... - AÇIQLAMA

Dünya bazarlarında qızılın bir troya unsiyasının qiyməti 2 700 ABŞ dollarını ötüb. ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini dəyişməz saxlaması qərarından sonra qızılın qiyməti daha bir kritik səviyyəni keçib. İlin əvvəlindən qiymətli metalların qiyməti təxminən 30% yüksəlib. Bir neçə ay əvvəl qızılın bir unsiya üçün 2 700 dollar həddini keçəcəyi proqnozlaşdırılmışdı və hazırda bu artım tendensiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, qızılın qiymətinin artmasına geosiyasi gərginliklər, inflyasiya, aşağı faiz dərəcələri, mərkəzi bankların ehtiyatlarını artırması və qlobal iqtisadi qeyri-müəyyənlik kimi faktorlar təsir edir: “Belə dövrlərdə qiymətli metalların etibarlı investisiya vasitəsi kimi qəbul edilməsi onların dəyərinin yüksəlməsinə yol açır”. 


SON XƏBƏRLƏR

23 Dekabr 2024