Azərbaycanın strateji valyuta ehtiyatı 73 milyard 493.4 milyon dollara yüksəlib. Bu isə tarixi maksimum göstəricidir.
Bakıvaxtı.az xəbər verir ki, son açıqlanan rəqəmlərə görə, strateji valyuta ehtiyatlarının 61 milyard 697.6 milyon ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarıdır. Bunun 11 milyard 795.8 milyon dollarını isə son dövrlər artmaqda davam edən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təşkil edir.
Qeyd edək ki, ilin əvvəlindən strateji valyuta ehtiyatları 8.6 faiz və ya 5 milyard 810.7 milyon dollar artıb