• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Adriano vida matçı keçirəcək

İDMAN

18 Sentyabr 2024 | 15:42

Adriano vida matçı keçirəcək

Braziliya yığmasının sabiq futbolçusu Adriano vida matçı təşkil edəcəyini açıqlayıb.

Bakıvaxtı.az "Mirror"a istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu "Flamenqo" (Braziliya) və "İnter" (İtaliya) komandaları arasında keçiriləcək oyunda iştirak edəcək.

Futbolçu karyerasını 8 il əvvəl başa vurmuş Adrianonun iştirak edəcəyi görüş dekabrın 15-də baş tutacaq. O, matç ərzində hər iki sabiq komandasının heyətində meydana çıxacaq.

Qeyd edək ki, "İmperator" ləqəbli futbolçu karyerası ərzində İtaliyada "Roma", "İnter", "Fiorentina", "Parma", Braziliyada "Korintians", "Flamenqo", "Atletiko Paranense" klublarının formasını geyinib. Adrianonun son iş yeri ABŞ-nin "Mayami Yunayted" klubu olub. O, Braziliya millisində meydana çıxdığı 48 oyunda 27 qola imza atıb.


SON XƏBƏRLƏR