• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Çindən ABŞ-yə çağırış: "Yaponiyada INF raketlərini yerləşdirməyin"

DÜNYA

18 Sentyabr 2024 | 15:35

Çindən ABŞ-yə çağırış: Yaponiyada INF raketlərini yerləşdirməyin

Çin ABŞ-ni Yaponiyada orta mənzilli raketlərin (INF) yerləşdirilməsi planlarından imtina etməyə çağırır".

Bakıvaxtı.az "China News"a istinadən xəbər verir ki , bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.

Diplomat bildirib ki, Çin ABŞ-ni Yaponiyada INF yerləşdirmək planlarından imtina etməyə çağırır. Həmçinin Çin müvafiq ölkələrə Vaşinqtonun bu cür addımlar atmaqda əsl məqsədini aydın başa düşməyi tövsiyə edir.

"Silahlanma yarışı regional gərginliyi ciddi şəkildə artırır. Həmçinin qlobal strateji tarazlığı və sabitliyi pozur", - deyə Cian vurğulayıb.

Qeyd edək ki, sentyabrın 10-da ABŞ-nin Yaponiyada əvvəllər Rusiya ilə Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi (INF Müqaviləsi) çərçivəsində qadağan edilmiş "Typhon" yerüstü raket sistemlərini yerləşdirəcəyi məlum olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR