• Bakı 23° C

    5.38 m/s

Rumıniya ABŞ-dən 44 amfibiya maşını alır

DÜNYA

18 Sentyabr 2024 | 23:51 | Müəllif: Subhan Mahmudov

Rumıniya ABŞ-dən 44 amfibiya maşını alır

Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik AAV-7 tırtıllı amfibiya-hücum maşınlarının alınması üçün ölkə parlamentinə müraciət edib.

Texnikanın alınması üçün ABŞ Dəniz Piyadaları Korpusu ilə müqavilə bağlanmalıdır.

Bildirilir ki, təchizat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası proqramının icrası çərçivəsində həyata keçirilir.

Müraciətə parlamentin sentyabrın 23-də keçiriləcək plenar iclasında baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026