• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik - Putin

DÜNYA

18 Oktyabr 2024 | 20:07 | Müəllif: Subhan Mahmudov

Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik - Putin

Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.

“İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl bu barədə dəfələrlə danışıb, Ukraynanın nüvə silahına malik olması lazım olduğunu bildiriblər. Belə bir təhdid Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq. Mən dərhal deyə bilərəm ki, Rusiya heç bir halda buna imkan verməyəcək”, - deyə Putin bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026