• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Makronun istefasını tələb edən qətnaməyə baxılacaq

DÜNYA

17 Sentyabr 2024 | 10:22

Makronun istefasını tələb edən qətnaməyə baxılacaq

Bu gün Fransa parlamenti Fransa prezidenti Emmanuel Makronun impiçmenti ilə bağlı qətnaməni nəzərdən keçirəcək.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu təklif  solçu "France Unbowed" partiyası tərəfindən irəli sürülüb.

Qətnaməni 81 deputat dəstəkləyib. Onlardan 72-si "Unbowed France"ın üzvüdür.

Qeyd edək ki, impiçment qətnaməsi Büro tərəfindən məqbul hesab etməli, bundan sonra qətnamənin mətni qanunvericilik komissiyası tərəfindən təsdiqlənməlidir. Bundan sonra Milli Assambleya deputatlarının üçdə ikisi (385 səs), daha sonra Senatın üçdə ikisi (232 səs) səs verməlidir. Daha sonra parlamentin hər iki palatası birgə iclasa toplaşacaq. Qətnaməni 925 deputatdan 617-si dəstəkləməlidir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024