q
  • Bakı 15° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Kosovoda seçkilərin vaxtı AÇIQLANDI

DÜNYA

18 Avqust 2024 | 11:51

Kosovoda seçkilərin vaxtı AÇIQLANDI

Kosovoda ümumi seçkilər 2025-ci il fevralın 9-da keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Kosovo Prezidenti Vyosa Osmani siyasi partiyalar və Mərkəzi Seçki Komissiyası ilə məsləhətləşmələrdən sonra bu qərarın qəbul olunduğunu bildirib.

Qeyd edək ki, Baş nazir Albin Kurti fevralın 9-dək vəzifədə qalacağı təqdirdə 4 illik səlahiyyət müddətini başa vuran ilk hökumət başçısı olacaq.

Kosovoda sonuncu seçkilər 2021-ci ilin fevralında keçirilib və Albin Kurtinin rəhbərlik etdiyi “Vetëvendosje” partiyası səslərin 50 faizindən çoxunu toplayıb. A.Kurtinin başçılıq etdiyi hökumət 2021-ci il martın 22-də keçirilən etimad səsverməsindən sonra vəzifələrin icrasına başlayıb.


SON XƏBƏRLƏR

18 Aprel 2026