Sabirabadda 11 yaşlı uşaq çərşənbə tonqalında yanıq xəsarəti alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 11-də Sabirabadın Bulduq kəndində baş verib.
Kənd sakini, 13 yaşlı Ayaz Rzazadə yaşadığı evin həyətində Yel çərşənbəsi ilə bağlı qalanan tonqalın üzərindən tullanarkən yanıq xəsarətləri alıb. O, Sabirabad rayon xəstəxanasına yerləşdirlib. 3-cü dərəcəli yanıq xəsarətləri alan uşağatibbi yardım göstərilib. Vəziyyəti orta-ağır olan A.Rzazadə ixtisaslı müalicə almaq üçün Bakı şəhərindəki xəstəxanaya təxliyə edilib.
TƏBİB-dən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) martın 11-də saat 20:10 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin ön və arxa nahiyəsinin, hər iki yuxarı ətrafın 3-cü dərəcəli termiki yanığı diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Mərkəzin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir.