• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Antalya Forumunda Qərbi azərbaycanlıların tələbi QALDIRILDI

SİYASƏT

12 Aprel 2025 | 11:30

Antalya Forumunda Qərbi azərbaycanlıların tələbi QALDIRILDI

Antalya Diplomatiya Forumunda “Parlament diplomatiyası və qlobal idarəetmə” panelində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli ona ünvanlanan “Ermənistanla Azərbaycan arasında sülh sazişi nə vaxt imzalana bilər” sualını da cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, İcma sədrinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə təkcə Qarabağ müharibəsi ilə məhdudlaşmır, bu münaqişənin azı 200 illik tarixi var.

"Ermənilər bu coğrafiyada 200 ildir azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya həyata keçirir. Qarabağ müharibəsi bu bədnam siyasətin yalnız son həlqəsidir. Ona görə də Ermənistanla Azərbaycan arasında dayanıqlı, etibarlı sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı yeritdiyi 200 illik düşmənçilik siyasətindən səmimi şəkildə əl çəkməlidir. Azərbaycanla oyun oynamaq lazım deyil. Birincisi, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməli, bunun üçün konstitusiyasını dəyişməlidir, ikincisi də Qarabağ müharibəsinin tərkib hissəsi kimi 1987-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüququnu tanımalı və təmin etməlidir. Özü də sözdə yox, əməldə”, - Əziz Ələkbərli vurğulayıb.


SON XƏBƏRLƏR

12 Aprel 2025