İsrail səfirinin Azərbaycandakı səlahiyyət müddəti yayda başa çatacaq
İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomat APA-nın sorğusuna cavab olaraq bildirib.
Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:
"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - o vurğulayıb.
Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.
İsrail səfirinin səlahiyyətləri başa çatır
SİYASƏT
12 May 2025 | 10:26

SON XƏBƏRLƏR
17 Sentyabr 2026
19:19
16:22
16:17















