• Bakı C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

"131 əməkdaşımız intizam məsuliyyətinə cəlb olunub” - Vüqar Qurbanov

CƏMİYYƏT

23 Dekabr 2024 | 11:44

131 əməkdaşımız intizam məsuliyyətinə cəlb olunub” - Vüqar Qurbanov

“2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib, aparılmış araşdırma aparılıb, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib.

Bildirib ki, aparılan monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

“Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”.

Mina Mikayılova


SON XƏBƏRLƏR