Şəmkir rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, ümumi çəkisi 15 ton 750 kq olan 15812 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.