• Bakı 22° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

15 yaşlı oğlanı avtomobil vuraraq öldürdü

HADİSƏ

12 Oktyabr 2024 | 09:38

15 yaşlı oğlanı avtomobil vuraraq öldürdü

Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2025