Şəkidə iki nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.
Bakıvaxtı.az Apaya istinadla xəbər verir ki, bu gün rayonun Cəfərabad kənd sakini 58 yaşlı Şahin Allahverdiyev və Baş Göynük kənd sakini 12 yaşlı A.Nəsibova it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Onlara tibbi yardım göstərilib, vaksin vurulub və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.