ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib. Hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb.
Hadisə S.Qəhrəmanovun idarə etdiyi “BMW” markalı avtomobilin hərəkətdə olarkən baş verib.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə şəhər xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.