• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Azərbaycanda yeni doğulan körpə öldü

HADİSƏ

08 Yanvar 2025 | 12:59

Azərbaycanda yeni doğulan körpə öldü

Zaqatala yeni doğulan körpə ölümü baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 7də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

    Körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib.

    X. Dinayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, bu, X. Diniyevanın üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Diniyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

    Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    08 Yanvar 2025