• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Gəncədə iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

HADİSƏ

07 Fevral 2025 | 11:23

Gəncədə iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə 1990-ci il təvəllüdlü L.Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiliblər.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 07.02.2025-ci il tarixində saat 03:20 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan xəstəxanalara hospitalizasiya olunublar.

Qeyd edilib ki, 1990-cı il təvəllüdlü şəxsə (qadın cinsli) Abbas Səhhət adına xəstəxanada, 2011-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə Zülfüqar Məmmədov adına xəstəxanada zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


SON XƏBƏRLƏR

11 Mart 2025