• Bakı 28° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Dəm qazı FACİƏSİ: Bir ailənin üç üzvü boğularaq öldü - YENİLƏNİB

HADİSƏ

08 Mart 2025 | 23:35

Dəm qazı FACİƏSİ: Bir ailənin üç üzvü boğularaq öldü - YENİLƏNİB

İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə nəticəsində ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

23:20

İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib. 

1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, yaralı ailə başçısı Vasif Azadovdur.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

 

22:55

İmişli rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

08 Iyul 2025