• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Dam örtüyü uçan məktəbin şagirdləri köçürüldü

HADİSƏ

07 Aprel 2025 | 14:51

Dam örtüyü uçan məktəbin şagirdləri köçürüldü

Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Şəmkirdə güclü küləyə görə dam örtüyü aşan məktəbin şagirdləri müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.

Bu barədə Bakıvaxtı.az-a Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müsəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.

    Xatırladaq ki, dünən müşahidə edilən güclü külək Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünü aşırıb.


    SON XƏBƏRLƏR