• Bakı 18° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Sabirabadda obyektdə YANĞIN - VİDEO

HADİSƏ

07 May 2025 | 11:06

Sabirabadda obyektdə YANĞIN - VİDEO

Sabirabadda 1000 kv-a yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Digər obyektlər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

07 May 2025