Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, iyunun 5-də Gəncə Şəhər Baş Polis İdarəsinə yetkin yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-ci il təvəllüdlü R. İ. saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir