Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.