• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Dava edənləri sakitləşdirmək istədi - öldürüldü

HADİSƏ

04 Avqust 2025 | 09:51

Dava edənləri sakitləşdirmək istədi - öldürüldü

Avqustun 3-ü saat 23 radələrində Yevlax şəhərində bir qrup şəxs arasında baş verən mübahisə ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər sakinləri - 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən Ə.Mahmudovun əmisi 1988-ci il təvəllüdlü Zahid Mahmudov naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətdikdən sonra qaçan şübhəli 2009-cu il təvəllüdlü R. A. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.


SON XƏBƏRLƏR

03 Avqust 2025