• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Cəlilabadda toyda döyülən şəxs bir neçə gün sonra öldü

HADİSƏ

05 Iyun 2025 | 19:25

Cəlilabadda toyda döyülən şəxs bir neçə gün sonra öldü

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib. 

Bakıvaxtı.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy zamanı kəndin iki qardaş sakini tərəfindən döyülüb.

Hadisədən sonra Yusubov xəstəxanaya müraciət edib və ona ilkin tibbi yardım göstərilib. Lakin fəhlə kimi çalışan mərhum işi olduğu üçün xəstəxanada qalmaqdan imtina edərək evə qayıdıb. Onun səhhəti getdikcə pisləşib və bu gün yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhum evli idi.

Faktla bağlı araşdırma aparılır./Unikal


SON XƏBƏRLƏR