• Bakı 18° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Şəhid atası adı ilə dələduzluq edən şəxs saxlanıldı

HADİSƏ

07 May 2025 | 10:10

Şəhid atası adı ilə dələduzluq edən şəxs saxlanıldı

Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb.

Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim edib. Faktlarla bağlı araşdırma aparılır.

R.Qafarovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.


SON XƏBƏRLƏR

07 May 2025